Saakaşvilidən mühüm addım
30 dekabr 2012 16:30 (UTC +04:00)

Saakaşvilidən mühüm addım

0
“Lazımdırsa, bölgədə fövqəladə vəziyyət elan olunsun”

 

“Son on ildə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgədə 9 cinayət baş verdiyi halda, bu ilin son 2 ayında azərbaycanlılara qarşı 12 cinayət törədilib”

 

Qardabani rayonunun Candar kəndində bir neçə gün öncə hücuma məruz qalan azərbaycanlı ailəsində olub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Mixail Saakaşvili kənd sakini Yasin Məmmədovun və onun ailə üzvlərinin durumu ilə maraqlanıb.

 

Daha sonra Gürcüstan prezidenti jurnalistlərə açıqlama verib. M. Saakaşvili deyib ki, 2003-2012-cü illərdə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgədə ümumilikdə 9 cinayət baş verdiyi halda, bu ilin son 2 ayında azərbaycanlılara qarşı 12 cinayət törədilib: “Bu çox pis haldır. Gürcüstan polisi güclü işləməlidir, lazımdırsa fövqəladə vəziyyət elan olunsun. Mən bu işdə əlimdə gələn köməyi etməyə hazıram. Məmmədovlar ailəsini də nəzarətə götürəcəyəm”.

 

Prezidenti Gürcüstan parlamentinin qəbul etdiyi Amnistiya aktına da münasibət bildirib və “çalışmaq lazımdır ki, cinayətkarlar həbsdən buraxılmasın”, - deyə bildirib.

 

Qeyd edək ki, ki, Gürcüstanın Qardabani rayonunun Candar kəndində yaşayan 49 yaşlı Yasin Məmmədovun evinə 5 nəfərdən ibarət silahlı dəstə basqın edib. Hadisə dekabrın 29-da gecə saat 03 radələrində baş verib. Kənd sakinlərinin APA-ya verdiyi məlumatına görə, avtomatla silahlanmış naməlum şəxslər evin qapısını sındıraraq evə daxil olublar. Onlar yuxuda olan ailə üzvlərini oyadıblar. Oğrular Yasin Məmmədovun, onun həyat yoldaşı Səadət və 20 yaşlı oğlu Babək Məmmədovun əl-ayaqlarını və ağızlarını bağladıqdan sonra onlara fiziki işgəncələr verərək pul və qızıl-zinət əşyaları tələb ediblər. Ailə xeyir iş üçün hazırladığı 15 min lariyə qədər pul və qızıl-zinət əşyalarını quldurlara verməyə məcbur olub. Lakin ailənin qonşusu Teymur Məmmədovun sayıqlığı nəticəsində canilər uzağa gedə bilməyib.

 

Qardabani Polis İdarəsinin təşkil etdiyi operativ qrup dəstə üzvlərini qısa müddət ərzində yaxalayıb. Fakt üzrə cinayət işi qaldırılıb, təhqiqat aparılır. Dəstə üzvlərinin qeyri-azərbaycanlı olduqları bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5665

Oxşar yazılar