APA-nın məlumatına görə, toplantıya Milli Şuraya daxil olan partiyaların üzvləri qatılıblar.
“El” Hərəkatının üzvü Eldəniz Quliyevin sədrliyi ilə mətbuat üçün qapalı keçirilən toplantıda R. İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
Toplantıda ALP İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə Təşəbbüs Qrupunun sədri və Rüstəm İbrahimbəyovun MSK-da səlahiyyətli nümayəndəsi seçilib.
Təşəbbüs Qrupu müvafiq sənədləri hazırlayaraq MSK-ya təqdim edəcək.