Roma Papası siyasətə qarışdı: "Sərhədlər açılsın"
01 dekabr 2014 10:30 (UTC +04:00)

Roma Papası siyasətə qarışdı: "Sərhədlər açılsın"

0

Türkiyədə üç günlük səfərdə olan  Roma papası Fransis bəzi siyasi çıqlamaları ilə də diqqət mərkəzinə düşüb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, O, Türkiyə-Ermənistan sərhədinin açılmasını arzuladığını deyib: "Türkiyə-Ermənistan sərhədinin açılması çox gözəl olar. Bu mənim ürəyimdən keçir”.

 

Roma papası onu da vurğulayıb ki, sərhədlərin açılmasına regiondakı bəzi siyasi problemlər mane olur: “Ancaq bununla belə türklərlə ermənilər arasında razılığın əldə edilməsi üçün dualar edirəm”.

 

***

 

Papa dünya katoliklərinin lideridir, dini liderdir. Və onun siyasətə qarışması başa düşülən deyil. Görəsən Roma Papasının zaman-zaman ermənilər tərəfindən törədilən qətliamlardan, məhz türk olduqlarına görə dinc insanlara, diplomatlara qarşı düzənlənən çoxsaylı terror aktlarından xəbəri varmı? Çox yox, 22 il əvvəl Xocalı adlı bir türk şəhərinin yer üzündən silinib genosidə məruz qalmasını necə bilirmi? Və onu da bilirmi ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlanması bir erməni vəhşiliyinə, erməni işğalına qarışı atılmış adım idi? İşğal isə hələ də davam edir. Elə vəhşilik də. Sərhədlər bağlıdır. Böyük ehtimalla açılmayacaq da. Papa siyasətə qarışsa belə...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2237

Oxşar yazılar