Qərb dairələri regionda “ideoloji müharibə” üçün yeni taktika seçiblər. Bu haqda Rusiyanın “Vzqlyad” nəşri məlumat yayıb. Məlumatda qeyd edilir ki, Britaniya Qafqazda bir çox “layihələrin” həyata keçirilməsi üçün qrantları Tbilisidə olan səfirliyi vasitəsilə verəcək. Layihələrlə bağlı ərizələr də Tbilisidə yerləşən nümayəndəliyə təqdim ediləcək. İlkin mərhələdə əsas mövzular Ukrayna, Abxaziya və Cənubi Osetiya ilə bağlıdır.
“Vzqlyad” nəşri yazır ki, Qərb yeni “ideoloji savaş”a başlayaraq yeni agentlər “verbovka” etməyi hədəfləyir. Yazıda qeyd edilir ki, Qərb dairələri qrantların əsl məqsədini ört-basdır etmək üçün “sülh və əməkdaşlıq üçün dialoq”, “münaqişələrin alovlanmasının qarşısının alınması”, “ictimai diplomatiya”, “sülhə nail olma imkanları” adı altında seminarlar, treninqlər təşkil edirlər. Ən maraqlısıdır ki, belə tədbirlərə əsasən gənclər cəlb olunur və hesab olunur ki, məhz həmin gənclər sonradan regionda “vəziyyəti” dəyişən əsas qüvvə olacaqlar. Belə vəziyyətlərdə ən çox işlənən termin “vətəndaş cəmiyyəti”dir.
“Hələ ötən əsrin 90-cı illərindən Cənubi Osetiyada Britaniyanın “The HULO Trust” adlı QHT-si fəaliyyət göstərir. Bu QHT-nin əsas məqsədi guya ərazilərin minalardan təmizlənməsidir. Onların Cənubi Osetiyada fəaliyyət göstərdiyi illər ərzində ərazini bir neçə dəfə minalamaq, sonra isə təmizləmək mümkün idi. Amma nədənsə bu QHT-nin Cənubi Osetiyada işi bitmir ki, bitmir... Bir neçə sərhəd məntəqəsində təşkilatın ofisləri fəaliyyət göstərməkdədir.
Seminarları bu sahədə xüsusi təlim görmüş Qərb fondlarının əməkdaşları aparırlar. Budəfəki taktikaya əsasən, seminarlara “fəallar”, politoloqlar, jurnalistlər cəlb olunur. İdeoloji cəbhədə mübarizə bu dəfə Britaniyanın Tbilisi səfirliyi vasitəsilə aparılır. Qeyd edilir ki, Bakı və İrəvan konsulluqları da bu məsələdə Tbilisidəki səfirliyə yardımçı olacaq. Ötən il analoji seminarlar, dəyirmi masalar əsasən İrəvan və İstanbulda keçirilirdi. Amma bu ildən yerdəyişmə edilərək əsas mərkəz kimi Tbilisi seçilib. Gürcüstan paytaxtında Ukrayna-Rusiya məsələsi ilə bağlı seminarların da təşkili nəzərdə tutulub. Əsas iştirakçılar yenə də Rusiya və Ukrayna gəncləri olacaq. Əsas rol oynayan Qərb QHT-ləri isə dəyişməz olaraq qalır - “Qafqaz evi”, “World vision”, “International Alert”, “The HULO Trust”, “Saferworld”, “Synergy Network”, “Internews Georgia”, “Corc Meyson Universiteti-sülhyaratma mərkəzi”, “Münaqişələrin analizi və həlli mərkəzi”. Əksər Qərb QHT-ləri fəaliyyətlərində əsas vurğunu “vətəndaş fəallığı” ilə “sülhyaratma” fəaliyyətinə edirlər. Praktikada isə hökumətə, dövlətə qarşı “narazı aktivləri”, “tənqidi” baxışları olanları bir araya toplayaraq onları antidövlət fəaliyyətə cəlb edirlər. Seminarlar və treninqlərdə dinləyicilərə peşəkar psixoloqlar, əksər hallarda isə Qərb ölkələrinin kəşfiyyatlarının əməkdaşları təlim keçir.
“Əksər Qərb QHT-ləri fəaliyyətlərində əsas vurğunu “vətəndaş fəallığı” ilə “sülhyaratma” fəaliyyətinə edirlər. Praktikada isə hökumətə, dövlətə qarşı “narazı aktivləri”, “tənqidi” baxışları olanları bir araya toplayaraq onları antidövlət fəaliyyətə cəlb edirlər. Seminarlar və treninqlərdə dinləyicilərə peşəkar psixoloqlar, əksər hallarda isə Qərb ölkələrinin kəşfiyyatlarının əməkdaşları təlim keçir”
“Qafqaz evi” əsasən Rusiya-Ukrayna məsələsini, böyük maliyyə imkanlarına sahib olan Corc Meyson Universiteti isə Cənubi Osetiya məsələsini diqqət mərkəzində saxlayır. Bu QHT-lərin məqsədi seminar təşkil etdikləri gənclərin düşüncəsini “qərbləşdirməkdir”. Corc Meyson Universiteti bir qədər də irəli gedərək iştirakçıların bəzisini “staj” keçmək üçün ABŞ-a da aparır. Bildirilir ki, Qərb QHT-ləri Abxaziyada çox fəaldır və bir çox QHT-ni öz layihələrinə cəlb edə biliblər. Məsələn, Abxaziya Qadınlar Assosiasiyası Ziqfrid Veberin başçılıq etdiyi “Barışıq resursu” və “World Vision” qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir. Nəticədə bu QHT Suxumidə təşkil edilən seçki prosesində çox fəallıq göstərərək Aleksandr Ankvabanın hakimiyyətdən getməsində müəyyən rol oynayıb. Ənənəvi dini sektalarla bağlı klassik “treninqlər” üzrə ixtisaslaşan Veber Abxaziyada yaşayan etnik gürcülərin vəziyyətini həmişə xüsusi diqqətdə saxlayaraq ən ağrılı məsələləri qabartmağa çalışıb. “World Vision” təşkilatı əsasən 14-17 yaşlı abxaz yeniyetmələrlə işləməyə üstünlük verir.
“Əsas fəaliyyət sferalarından biri də bölgə KİV-ləri ilə işləməkdir. Çalışırlar ki, bölgə ölkələrinin gənc jurnalistləri bu seminarlara cəlb olunsun. Çünki 90-cı illərin hadisələrini görmüş jurnalistlərin baxışını bu seminarlarla dəyişmək mümkün deyil”/b>
Bu işə Tbilisidən Hans Bederski rəhbərlik edir. Bildirilir ki, hələ ötən əsrin 90-cı illərindən Cənubi Osetiyada Britaniyanın “The HULO Trust” adlı QHT-si fəaliyyət göstərir. Bu QHT-nin əsas məqsədi guya ərazilərin minalardan təmizlənməsidir. Onların Cənubi Osetiyada fəaliyyət göstərdiyi illər ərzində ərazini bir neçə dəfə minalamaq, sonra isə təmizləmək mümkün idi. Amma nədənsə bu QHT-nin Cənubi Osetiyada işi bitmir ki, bitmir... Bir neçə sərhəd məntəqəsində təşkilatın ofisləri fəaliyyət göstərməkdədir. “The HULO Trust” təşkilatına USAİD də maliyyə dəstəyi verir. “Vzqlyad” yazır ki, Qərb QHT-lərinin əsas fəaliyyət sferalarından biri də KİV-lə işləməkdir. Birbaşa Britaniya səfirliyinin maliyyə dəstəyi ilə KİV-lərlə bağlı treninqlər keçirilir. Britaniya hesab edir ki, “KİV hələ də balanslaşdırılmış Cənubi Qafqazın əhəmiyyətiin dərk etmir”. Başqa sözlə bu istiqamətdə informasiya savaşında üstünlük hələ əldə edilməyib. Burada da əsas diqqət yerli deyil, bölgə jurnalistlərinə yönəldilir. Çalışırlar ki, bölgə ölkələrinin gənc jurnalistləri bu seminarlara cəlb olunsun. Çünki 90-cı illərin hadisələrini görmüş jurnalistlərin baxışını bu seminarlarla dəyişmək mümkün deyil.