Türkiyədə "GAP Gazeteciler Birliği" tərəfindən bu il 12-si düzənlənən GAP Oscarları ödül tədbiri keçirilib.
Lent.az-ın məlumatına görə, GAP Gazeteciler Birliği, Adıyaman Valiliyi, Adıyaman Bələdiyyəsi və Adıyaman Universiteti tərəfindən təşkil edilmiş tədbirdə türk dövlətlərindən və toplumlarından çoxlu sayda dövlət adamları, millət vəkilləri, siyasətçilər, QHT-lər, mətbuat və media qurumları, alimlər iştirak ediblər və mükafatlandırılıblar. GAP Gazeteçiler Birliyi başqanı Zeynelabidin Kıymaz və bir sıra dövlət xadimlərinin çıxışlarından sonra mükafatlandırma mərasimi başlayıb. Mükafatlandırılanlar arasında olan millət vəkili Qənirə Paşayeva ilin ən uğurlu millət vəkili mükafatı təqdim edilib. Türk dünyasından tanınmış media nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti tərəfindən mükafatın təqdim edilməsində bildirilib ki, millət vəkili Q. Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında, yazılarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklərin haqlarının müdafiəsi istiqamətində çalışır,onların problemlərini beynəlxalq tribunalardan səsləndirir.
Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva "güc birlikdədir və birlikdə ədalətsizliklərlə daha güclü mübarizə apara bilərik" - deyib.