Qənirə Paşayeva ATƏT və BMT-yə səsləndi: “Nə üçün?...”
04 aprel 2014 13:44 (UTC +04:00)

Qənirə Paşayeva ATƏT və BMT-yə səsləndi: “Nə üçün?...”

Azərbaycan parlamentinin bu gün keçirilən iclasında ATƏT və BMT-nin ölkədəki mövcud fəaliyyəti sərt tənqid olunub. Lent.az-ın məlumatına görə, deputat Qənirə Paşayeva bildirib ki, bu qurumların hər şeyə ikili standartlarla yanaşması nə qədər davam edəcəksə, bu təşkilatlara inam da o qədər az olacaq.

 

Deputat Tovuz rayonunda ermənilərin dinc insanları atəşə tutması haqqında danışaraq bunu həmin təşkilatların fəaliyyətinə misal çəkib: “Biz Tovuzda baş verənlərə görə çox narahatıq. Amma beynəlxalq təşkilatlar ayrı vaxt Azərbaycanda baş verən bir hadisəyə görə səslərini başlarına atırdılarsa, nədənsə bu dəfə susurlar! Buradan sual edirəm, ATƏT və BMT-nin Azərbaycandakı baş ofisləri nə üçün Azərbaycana mülki şəxsin yaralanması ilə bağlı heç bir açıqlama vermədilər? Bunlar niyə cəbhə bölgəsində yaralanan mülki şəxslərə baş çəkmirlər? Bunlar bizi çox narahat edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691
avatar

Mübariz Aslanov

Oxşar yazılar