Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri ilə görüşüb
20 aprel 2015 16:43 (UTC +04:00)

Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri ilə görüşüb

Prezident İlham Əliyev aprelin 20-də İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib. İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə həm Azərbaycanda, həm İranda, həm də beynəlxalq təşkilatlar çərçivəsində görüşlərinin önəmini bildirən prezident İlham Əliyev birgə səylər nəticəsində əlaqələrimizin müxtəlif sahələrdə yüksək səviyyəyə qalxdığını qeyd edilib. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu vurğulayaraq hərbi sahədə də əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirilib. Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın ölkəmizə səfərinin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.

 

Nazir Hüseyn Dehqan İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb. İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri İran-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, ulu öndər Heydər Əliyevin müasir İran-Azərbaycan əlaqələrinin memarı olduğunu qeyd edərək bu gün prezident İlham Əliyevin göstərdiyi siyasi iradə və qətiyyətin münasibətlərimizin gələcək inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib.

 

Görüşdə hərbi-texniki əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 129
avatar

Oxşar yazılar