Prezident İlham Əliyev Bolqarıstanın sabiq prezidenti Georgi Pırvanovu qəbul edib. Lent. az-ın məlumatına görə, görüşdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğu və mühüm əhəmiyyət daşıdığı vurğulanıb, tədbirdə dünyanın müxtəlif bölgələrindən, o cümlədən Balkan ölkələrindən yüksək səviyyəli nümayəndələrin iştirak etməsi Foruma olan beynəlxalq marağının göstəricisi kimi dəyərləndirilib.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, Azərbaycanın və Bolqarıstanın regional əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rolu qeyd edilib.
İlham Əliyev bu gün həmçinin, Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiçi və
İtaliyanın keçmiş Baş naziri və sabiq xarici işlər naziri Lamberto Dinini qəbul edib.