<b>İlham Əliyev Fransa prezidentini təbrik etdi</b>
16 iyul 2018 13:38 (UTC +04:00)

İlham Əliyev Fransa prezidentini təbrik etdi

Dövlət başçısı İlham Əliyev Rusiyada keçirilən futbol üzrə dünya çempionatının qalibi olan Fransanın prezidenti Emmanuel Makronu təbrik edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident,

XXI dünya çempionatında Fransa futbolçularının möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dünya birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış və azarkeşlərinə hədsiz sevinc bəxş etmiş Fransa yığmasının bütün üzvlərinə təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar diləyirəm.

 

Prezident İlham Əliyev mundialda gümüş medal qazana xorvatiyalı həmkarı Kolinda Qrabar-Kitaroviçə də təbrik məktubu ünvanlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262
avatar

Oxşar yazılar