Milli Məclisin bu gün keçirilən sessiyasında daha 4 qanun layihəsi qəbul edilib.
Lent.az-ın məlumatına görə, müzakirəyə çıxarılaraq qəbul edilən layihələr "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır.
Sessiyada eyni zamanda “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə” qanun layihəsi də ikinci və üçüncü oxunuşdan keçirilərək, qəbul edildi.
Daha sonra Milli Məclisin sessiyası bu günə olan işini başa çatdırdı.