Pakistan prezidenti: “Azərbaycanla əməkdaşlığın inkişafına önəm veririk”
23 dekabr 2013 19:13 (UTC +04:00)

Pakistan prezidenti: “Azərbaycanla əməkdaşlığın inkişafına önəm veririk”

Pakistan prezidenti Məmnun Hüseyin Azərbaycana yeni təyin olunan səfir Xalid Osmanı qəbul edib.

APA-nın “Associated Press of Pakistan” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı görüşdə Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulayıb.  

 

M. Hüseyn deyib ki, ölkə hökuməti Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir. O, ümid etdiyini bildirib ki, yeni səfir Azərbaycanla ticarət və kommersiya əlaqələrinin inkişafı istiqamətində işi davam etdirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514
avatar

Oxşar yazılar