Oqtay Əsədov İlyas İsmayılova acıqlandı: “Özünə hörmət qoy”
14 mart 2014 16:37 (UTC +04:00)

Oqtay Əsədov İlyas İsmayılova acıqlandı: “Özünə hörmət qoy”

Milli Məclisin bu gün keçirilən iclasının fasilədən sonra davam edən hissəsində spiker ilə deputat arasında mübahisə olub. Hökumətin illik hesabatının müzakirəsi zamanı çıxış edən deputat İlyas İsmayılov hesabatla bağlı müxtəlif iradlarını bildirib.

Lent.az-ın xəbərinə görə, deputat çıxışını yalnız hökumətin illik fəaliyyətinin  tənqidi üzərində qurub. 

Spiker Oqtay Əsədov isə deputatı qərəzli olmaqda ittiham edib: “İlyas müəllim, belə çıxır ki, qalın bir kitabdan ibarət olan hökumətin illik fəaliyyətində müsbət heç nə görmədiniz. Ancaq səhv tutdunuz”.

 

Bu zaman İ. İsmayılov yerdən spikerin sözünü kəsib: “Bu, mənim öz fikrimdi, mənim çıxışıma irad tuta bilməzsiniz. Öz işinizi görün!”.

 

Spiker isə deputatı başqalarının çıxışına və ona yönəlik tənqidlərə dözümlü yanaşmağa çağırıb. 

 

 İ. İsmayılov isə ayağa qalxaraq səsini qaldırıb: “Siz kimsiniz mənimlə belə danışırsınız?! Mən millətin vəkiliyəm və çıxışıma müdaxilə etməyə heç kimin ixtiyarı yoxdur!”.

 

Spikerin cavabı da sərt olub: “Bir özünə hörmət qoy. Adama hörmət göstərəndə həddini aşmaz!”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1870

Oxşar yazılar