Oqtay Əsədov əsəbiləşdi: “Deyəsən, başa düşmürsünüz”
02 may 2014 14:13 (UTC +04:00)

Oqtay Əsədov əsəbiləşdi: “Deyəsən, başa düşmürsünüz”

 

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deputat Məlahət İbrahimqızını onu Azərbaycan dilində yaxşı anlamamaqda ittiham edib. Lent.az-ın məlumatına görə, söz alan deputat Məlahət İbrahimqızı gündəlikdəki məsələdən yox, günün müzakirə mövzusuna çevrilən L.Yunus məsələsindən danışıb. O, çıxışı ilə gündəliyin müzakirəsindən tamamilə yayınıb: “L.Yunusu elə bilirəm ki, Azərbaycanda tanımayan adam yoxdur. Bu adam Şuşanın və Laçının işğalı zamanı Rəhim Qazıyevin yanında işləyib və onun kimlərə nə məlumatlar ötürdüyü hamıya bəllidir”.

 

Bu zaman M. İbrahimqızının çıxışı spikeri hövsələdən çıxarıb: “Mən bir az öncə də bildirdim ki, gündəlikdə olan məsələlərdən danışın. Mən axı Azərbaycan dilində danışıram, deyəsən, başa düşmürsünüz.  Özüm də Azərbaycan dilində orta məktəbi qurtarmışam  və öz fikrimi də dəqiq ifadə edə bilirəm. Bir daha qeyd edirəm ki, əgər başqa məsələlərdən danışmaq istəyirsinizsə, cari məsələlər üçün ayrılan vaxtı artıraq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5066
avatar

Mübariz Aslanov

Oxşar yazılar