Oqtay Əsədov: “Neynəyək ki, bizi sevmirlər?” - <span style="color:red;">YENİLƏNİB
04 mart 2014 17:20 (UTC +04:00)

Oqtay Əsədov: “Neynəyək ki, bizi sevmirlər?” - YENİLƏNİB

Yeni Azərbaycan Partiyası (YAP) ABŞ dövlət departamentinin illik hesabatında Azərbaycanda insan hüquqları ilə bağlı müddəalara Milli Məclisdə etiraz edib.

 

Lent.az-ın məlumatına görə, MM-in bu gün keçirilən iclasında müzakirələr zamanı YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, 10 il bundan əvvəl nə yazılıbsa, indi də həmin yazılanlar hesabatda təkrar olunub.

 

O qeyd edib ki, hesabatda  Azərbaycanın işğal olunan əraziləri ilə bağlı bir fikir səsləndirilib, o da tamamilə qərəzli formadadır: “Orada qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağı və ətraf 7 rayon hələ də Ermənistan separatçılarının köməyi ilə işğal altındadır. Yazılmayıb ki, həmin ərazilər Ermənistan dövlətini himayə edənlərin gücü nəticəsində işğal altındadır. Digər tərəfdən isə Azərbaycanda insan hüquqlarının qorunması ilə məşğul olan erməni mənşəli insanlar tərəfindən yalan, böhtan, şər xarakterli məlumatların hamısı hesabatda dərc olunub. Bu cür ikili standartlarla məsələyə yanaşdıqda, başqa yerdə də başqa hadisələr baş verir. Çünki Ermənistandakı seçkilərlə Azərbaycandakı seçkiləri müqayisə etmək olmaz. Azərbaycanda seçkilər azad, ədalətli və şəffaf seçkilər keçirilib. Ancaq Ermənistanda prezidentliyə namizədliyini irəli sürən insana qarşı terror aktına qədər törədildi. Bununla yanaşı, digər məlumatda qeyd edirlər ki, İlqar Məmmədov prezidentliyə namizəd idi. Yalanın böyüklüyünə bir baxın. İlqar Məmmədov həmin vaxt həbsxanada idi. O nə vaxtdan prezidentliyə namizədliyini vermişdi?! Prezidentliyə namizəd olmaq üçün müəyyən statuslar mövcuddur. İlqar Məmmədovun hansı statusu var? Buna görə də hesabatda yer alan bütün fikirlər yalandır”.

 

Spiker Oqtay Əsədov isə  deputatın çıxışının ardınca deyib ki, həmin qurumlar Azərbaycanı sevmirlər: “Bəli, sevmirlər və neynəyək ki, bizi sevmirlər? Nə qədər problemlər həll olunsa da, yenə də ikinci bir məsələ ortaya çıxaracaqlar. Lakin onların qaldırdığı məsələ öz-özlüyündə həll olunacaq. Biz bu kimi məsələləri güc yolu ilə həll edə bilmərik. Hər kəs şahidi olacaq ki, bu kimi problemlər yavaş-yavaş öz həllini tapacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1854

Oxşar yazılar