Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Lent.az-ın verdiyi məlumata görə, iclasda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra O. Əsədov deyib ki, Xocalı faciəsi bəşəriyyətdə insanlığa qarşı törədilmiş ən böyük cinayətlərindən , faciələrdən biridir: “Çexiya, Meksika, Honduras, Pakistan, Macarıstan və dünyanın bir sıra ölkəsi, o cümlədən AB – ın 20-ə qədər ştatı Xocalı faciəsini qətliam kimi qəbul edib. Bütün bunlar Azərbaycan dövlətinin başçısının apardığı haqlı və uğurlu siyasətinin nəticəsidir. O cümlədən Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın Xocalıya ədalət kampaniyası çərçivəsində bu faciə dünyada sürətlə təbliğ olunur”.
O. Əsədov deyib ki, tezliklə işğal olunmuş torpaqlar da qaytarılacaq: “Çünki gündən - günə güclənən Azərbaycan dövlətinin başlıca məqsədi budur”.
Qeyd edək ki, iclasın gündəliyinə eyni zamanda 4 məsələ daxildir.