Müsavatda yenidən narazılıqlar başladı
06 aprel 2015 14:46 (UTC +04:00)

Müsavatda yenidən narazılıqlar başladı

Müsavat Partiyasının Məclisinin qəbul etdiyi qərar Nizamnamə pozuntusudur. Partiyada ilk təşkilatın deputatlığa namizədliyini verdiyi şəxsin təzədən başqanın adına ərizə yazıb, öhdəlik götürməsi görünməmiş prosedurdur. Bunu yuxarı təşkilatların ilk təşkilatların qərarlarını saymaması kimi qiymətləndirirəm”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü Məlahət Mürşüdlü deyib.

 

M. Mürşüdlü bildirib ki, Müsavatın üzvü olmayan şəxs parlament seçkilərindəMüsavat Partiyasını təmsil etmək istəyirsə, bu halda öhdəlik götürməsi, ərizə ilə müraciət etməsi, yaxud partiya üzvü fərd olaraq namizədliyini irəli sürürsə, bu halda ərizə ilə müraciət etməsi məntiqlidir. Ancaq M. Mürşüdlü deputatlığa namizədliyi Müsavat Partiyası Qadınlar Birliyi tərəfindən irəli sürülən Ellada Məmmədli, deputatlığa namizədliyi partiyanın Suraxanı rayon təşkilatı tərəfindən irəli sürülən sabiq Məclis üzvü, ADR sədrinin birinci müavini  Vurğun Əyyubun partiya başqanına ərizə ilə müraciət etmələri, öhdəlik götürmələrini məntiqsiz sayır:  “Məclisin partiya üzvləri ilə bağlı bu qərarını partiyanın ilk təşkilatın verdiyi qərara sayğısızlıq kimi qiymətləndirirəm”.

 

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin aprelin 4-də keçirilən iclasında deputatlığa namizəd olmaq istəyən şəxslərin partiya başqanının adına ərizə yazması, partiya qarşısında öhdəlik götürməsini əks etdirən təlimat qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Oxşar yazılar