Müsavat aprelin 19-da yürüş keçirəsi olmadı
17 aprel 2015 18:31 (UTC +04:00)

Müsavat aprelin 19-da yürüş keçirəsi olmadı

 

 Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının aprelin 19-na təyin etdiyi etiraz yürüşü ətrafında yaranmış anlaşılmazlığa münasibət bildirib.


 

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya açıqlamasında bildirib ki, yürüşün təşkilatçılarından olan Razim Əmiraslanlı ilə BŞİH-də görüş keçirilib və ona qurumun rəsmi mövqeyi açıqlanıb: “Yürüşün nə üçün məqsədəuyğun hesab edilmədiyi barədə partiya funksionerinə məlumat verilib. Bildirilib ki, aprelin 19-da keçmiş “Məhsul” stadionunda mitinqlə bağlı müraciətə baxıla bilər. Ancaq onlar bizə təkrar müraciət etməyiblər”.

 

Müsavat Partiyası isə müraciətə rəsmi məktubla cavab verilməsini istəyir.

 

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə APA-ya açıqlamasında bildirib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun və dövlət orqanlarının vətəndaşların müraciətlərinə qanunla müəyyən edilmiş müddətdə yazılı cavab verməkdən imtina edilməsinə görə məhkəməyə müraciət ediləcək. 

 

G. Aslanlı onu da qeyd edib ki, partiya aprelin 19-na təyin edilən etiraz yürüşünü razılıq olmadan keçirmək fikrində deyil: “Aprelin 20-də Müsavat Divanının iclasında mövqeyimizi bir daha açıqlayacağıq”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 102
avatar

Oxşar yazılar