Milli Məclisin bu gün keçirilən iclasında ”Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna əlavələr layihəsi müzakirəyə çıxarılıb. Lent.az-ın verdiyi məlumata görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O qeyd edib ki, layihəyə görə, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Diplomatik Nümayəndəliklərinin Mühafizə İdarəsinin zabit heyətinə diplomatik pasportlar veriləcək.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.