<b>Mübariz Qurbanlı: </b>"İslam tərəqqi dinidir"
16 aprel 2015 12:15 (UTC +04:00)

Mübariz Qurbanlı: "İslam tərəqqi dinidir"

"Bu gün Dünyada Silahlı münaqişələr davam etməkdədir. Hazırda 80-nə yaxın siyasi münaqişə ocağı var. Onların çoxu alovlanmış şəkildədir".

 

Lent.az-ın məlumatına görə, bunu dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, hazırda münaqişələrin çoxu islam dünyasında baş verir: “Çox təəssüf ki, müasir dövrümüzdə təriqətlərarası münaqişələr üstünlük təşkil edir".

 

Daha sonra komitə sədri İslam maarifçiliyinə də toxunub. Bildirib ki, islam maarifçiliyi islam dini içərisində baş verir: "İslam tərəqqi dinidir. Bunu təşviq etməyə ehtiyac yoxdur. Çünki bu, Quranı-kərimdə özünü göstərir”.

 

M.Qurbanlı onu da əlavə edib ki, İslam ölkələri arasında koordinasiyaya ehtiyac var: “Bu gün Avropada bəzi müxtəlif qruplar meydana gəlib, İslam əleyhinə çağırışlar edirlər. Bu gün mənsəblərarası münaqişələr islam dininin problemi deyil. Bu, islamı kiminsə vasitəyə çevrilməsindən irəli gəlir”.

 

Komitə sədri bildirib ki, hazırda Azərbaycanda İslam pərdəsi altında gənclərə edilən radikal çağırışların qarşısı alınır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 109
avatar

Oxşar yazılar