Milli Şuranın komissiyaları və sədrləri məlum olub. Lent.az-ın məlumatına görə, Şuranın iqtisadiyyat və sosial siyasət komissiyaları Qubad İbadoğlu və Eldar Əliyevə tapşırılıb.
Dini və milli azlıqlarla iş üzrə komissiyaya Eldəniz Quliyev, hüquq komissiyasına Vidadi Mirkalam, KİV-lə əlaqə və informasiya komissiyasına Rahim Hacıyev, ictimai əlaqələr komissiyasına Mehman Əliyev, beynəlxalq əlaqələr komissiyasına Gültəkin Hacıyeva, elm və təhsil komissiyası K.V.Nərimanoğlu, mədəniyyət komissiyası Rövşən Almuradlı, konstitusiya islahatları komissiyasına Quıamhüseyn Əlibəyli, seçki məsələləri üzrə komissiyana Gülağa Aslanlı, ehtiyatda olan hərbçilər və hərbçilərin problemlərin sosial müdafiəsi komissiyasına Yaşar Cəfərli, ekologiya komissiyasına İlham Murtuzayev, yerli özünü idarəetmə komissiyasına Bəybala Əbil, etika komissiyasına Nurəddin Mustafayev, keçid dövrü və vahid namizədin öhdəlikləri haqqında sənədin hazırlanması üzrə işçi qrupuna Ənnağı Hacıbəyli rəhbərlik edəcək.
Bu arada Cəmil Həsənli ilə İsa Qəmbər arasında fikir ayrılığı yaranıb. Həsənli Milli Şurada yaradılan bəzi komissiyalara etiraz edib. O, ekologiya, dini azlıqlarla iş və başqa komissiyaları artıq və lazımsız adlandırıb.