Milli Şura üzvləri Bakı Şəhər Baş Polis İdarəsinə çağrıldı
13 dekabr 2013 10:20 (UTC +04:00)

Milli Şura üzvləri Bakı Şəhər Baş Polis İdarəsinə çağrıldı

Milli Şuranın üzvləri Tural Abbaslı, Seymur Həzi və Xəzər Teyyublu Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb.

 

Bu barədə Lent.az-a Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı məlumat verib.

 

O bildirib ki, idarənin rəis müavini Səhlab Bağırovun dəvəti ilə bu gün BŞBPİ-nə gedəcəklər. T.Abbaslının sözlərinə görə, onları idarəyə Milli Şuranın dekabrın 15-də Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda keçirəcəyi mitinqlə bağlı çağırıblar.

 

Qeyd edək ki, Milli Şura dekabrın 15-də Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirəcək. Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798
avatar

Anar Gəraylı

Oxşar yazılar