Azərbaycan Milli Məclisinin bu gün xüsusi sessiyada son iclası öz işinə başlayıb. Lent.az-ın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov gündəliyin müzakirəsindən əvvəl cari məsələlərə yer verib.
Sədr özü əvvlcə çıxış edərək prezident İlham Əliyevin AŞ PA – dakı çıxışna diqqət çəkib: “Prezident Azərbaycanı layiqincə təqdim etdi. O, Azərbaycanın alnı açıq olduğunu Avropaya sübut etdi”
Qeyd edək ki, iclasın gündəliyinə 6 məsələ daxil olsa da, deputatların etirazından sonra gündəlik dəyişib.
Bu, Xaçmaz rayonunun Niyazoba kəndinin Niyazabad kəndi adlandırılması haqqında qanununun layihəsi olub. Deputatlar kəndin adından türk kökənli “oba” sözünün çıxarılaraq, fars kökənli “abad” sözünün salınmasına etiraz ediblər. Siker Oqtay Əsədovun qərarı ilə məsələ gündəlikdən çıxarılıb.