Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov parlamentin fəaliyyəti ilə bağlı hesabat verib. Lent.az-ın məlumatına görə, parlamentin payız sessiyasının bu gün keçirilən ilk iclasında O. Əsədov ötən sessiya ilə bağlı hesabat çıxışı edib.
O qeyd edib ki, parlamentin son yaz və növbədənkənar sessiyalarında 12 iclas keçirilib və bu sessiyalarda 131 qanun və qərar qəbul olunub. Onun sözlərinə görə, sessiyalar dövründə parlamentin beynəlxalq əlaqələri də davam edib: "Sessiyalar dövründə Milli Məclisdən 38 ölkəyə 75 nümayəndə heyəti səfər edib".