Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi
28 dekabr 2012 13:33 (UTC +04:00)

Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

0

Bu gün Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib. Lent.az-ın verdiyi məlumata görə, müraciəti millət vəkili Azay Quliyev oxuyub.

 

Azay Quliyev bildirib ki, dünya azərbaycanlıları birləşmək məsələsinin vacibliyini dərk edirlər. Müraciətdə qeyd olunur ki, milli həmrəyliyi nail ola bilməyən xalqlar ciddi problemlərlə üzləşirlər. Xalqımızın qüdrəti 10 milyonlarla soydaşımızın mütəşəkkilliyindən keçir. Bugünkü Azərbaycan xalqımızın ən böyük tarixi nailiyyətidir. Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ümid və istinad yeridir. Ona görə də hər bir azərbaycanlı Azərbaycan Respublikasının qazandığı uğurlarla fəxr edir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük uğurdur.

 

Müraciətdə vurğulanır ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən transmilli layihələrin həyata keçirilməsində böyük rol oynayır: “Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı günü səbirsizliklə gözləyirlər. Qarabağ ümummilli problemdir və bu problemin həllinə hamımız yardım göstərməliyik. Bütün soydaşlarımızın Vətən qarşısında borcu qüvvələrini birləşdirməkdən, torpaqlarımızın müdafiəsi istiqamətində çalışmaqdan ibarətdir”.

 

Milli Məclis dünya azərbaycanlılarını birliyə, milli-mənəvi dəyərlərimizin qorunmasına, ümummilli problemlərimizin həllində birləşməyə çağırıb.

 

 Bununla da parlamentin payız sessiyası başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 882

Oxşar yazılar