Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında bir sıra qanunlara dəyişiklik olunub, bir layihə isə gündəlikdən çıxarılaraq müzakirəsi təxirə salınıb. Lent.az-ın məlumatına görə, “Yol hərəkəti haqqında” qanuna, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" sənədlərə dəyişiklər qəbul edilib. "Dəniz limanları haqqında" (ikinci və üçüncü oxunuş) qanun da müzakirə edilərək qəbul olunub.
İclası aparan vitse-spiker Ziyafət Əsgərov gündəlikdəki növbəti "Yaşıllıqların mühafizəsi haqqında" qanunun müzakirəsini təxirə salaraq növbəti iclasa saxlamağı təklif edib. Təklif qəbul olunub.