Millət vəkilindən Türk Şurası təklifi
28 dekabr 2012 12:40 (UTC +04:00)

Millət vəkilindən Türk Şurası təklifi

0

Bu gün Milli Məclisdə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Lent.az-ın verdiyi məlumata görə, millət vəkilləri İsa Həbibbəyli “türkdilli” yox, “türk” terminindən istifadəni təklif edib.

 

İsa Həbibbəyli bildirib ki, bu qurumun adının Türk Şurası da adlandırmaq olar. O, Türkdilli Ölkələrin Parlament Assambleyasının adında da müvafiq dəyişiklik edilməsini təklif edib.

 

Spiker Oqtay Əsədov isə deyib ki, gələcəkdə Türkdilli Ölkələrin Parlament Assambleyasına başqa dövlətlər də daxil ola bilər: “Ona görə də Türkdilli yox, Türk Ölkələrin Parlament Assambleyası adı məqbuldur”.

 

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1088

Oxşar yazılar