Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək
08 oktyabr 2013 20:47 (UTC +04:00)

Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək

Sabah – oktyabrın 9-da prezident seçkisi ilə əlaqədar Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək. Mətbuat Şurasından APA-ya verilən xəbərə görə, səsverməyə start verildiyi andan Şuranın (012) 441 35 96 və (055) 201 99 26 telefon nömrələri “qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Məqsəd seçki prosesini işıqlandıracaq jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə dəstək olmaq, mövcud istiqamətdə yarana biləcək problemlərin operativ aradan qaldırılmasını təmin etməkdir.

 

Bundan başqa MŞ-nin İdarə Heyətinin üzvləri oktyabrın 9-da ölkənin müxtəlif bölgələrində müşahidələr aparacaq, medianın prosesi işıqlandırması ilə bağlı vəziyyəti izləyəcəklər. Şuranın monitorinq qrupu da bu istiqamətdə müvafiq iş aparacaq.

 

# 673
avatar

Oxşar yazılar