Lunaçekin imici Lunaçekə qarşı...
18 iyun 2015 16:27 (UTC +04:00)

Lunaçekin imici Lunaçekə qarşı...


 

Şəxsiyyətləri deqradasiyaya uğramış cinsi azlıq Ulrike Lunaçek və ermənipərəst  Elmar Brokun anti-Azərbaycan kampaniyası fiaskoya məhkumdur


 

Yalan ayaq tutar, amma yeriməz
 

 

Avropa məkanında ilk dəfə olaraq Bakıda keçirilən I Avropa Oyunlarına Azərbaycan çox yaxşı hazırlaşıb və yarışlara ən yüksək səviyyədə ev sahibliyi edir. İyunun 12-dən start götürən və ümumilikdə 17 gün davam edəcək bu elit idman yarışlarında Avropanın 50 ölkəsindən 6 mindən çox idmançı medallar uğrunda mübarizə aparır. Bu, böyük idman bayramı dünya mediasında da geniş şəkildə işıqlandırılır. İdmançıların nailiyyətləri ilə bərabər, ölkəmizin iqtisadi qüdrəti, Azərbaycandakı multikulturalizm, tolerantlıq və sair bu kimi reallıqlar da dünya mediasında geniş təbliğ olunur. Amma bütün bunlarla yanaşı, çox təəssüf ki, baş verənlərə qısqanclıqla yanaşan, anti-Azərbaycan şəbəkə formalaşdıraraq, ölkəmiz əleyhinə qərəzli, şər-böhtan kampaniyası aparanlar da aktivləşir. 

Bəzi Qərb dairələri, erməni lobbisi, eləcə də onların təsiri altında olan təşkilatlar, həmçinin nüfuzlu beynəlxalq qurumlarda təmsil olunan bir sıra siyasətçilər əsassız arqumentlərlə, yalan və böhtan tipli bəyanatlarla çıxış edirlər. Onlar hər dəfə çeynənmiş mövzuları təkrar-təkrar dilə gətirməklə Azərbaycanı ləkələməyə, I Avropa Oyunlarının əhəmiyyətini kiçiltməyə çalışırlar.

 

 


Əxlaqsızlıqdan siyasətə keçid

 

 

Bu sırada öndə gedən “siyasilərdən” biri də 57 yaşlı Ulrike Lunaçekdir. 1995-ci ildə Avstriya gey və lesbiyanlarının təşkil etdiyi ictimai kampaniyanın təqdimatını etməklə populyarlaşan bu qadın elə həmin ildən etibarən də siyasətə gəlib. Özü də seksual azlıqları təmsil edən U.Lunaçek 2013-cü ildə Avropa Parlamentinin vitse-prezidenti seçilib. Eyni zamanda o, Avropa Parlamentində Avstriya “Yaşıllar qrupu”nun rəhbəri, həmçinin lesbiyan, gey, biseksual, transseksualların (LGBT) hüquqları üzrə qruplararası komitənin başçısıdır. Cinsi azlıqlara xüsusi hüquq və imtiyazların tanınması barədə hesabatı ilə məşhur olan U.Lunaçek Avropa Birliyi ölkələrində 4 yaşlı uşaqlara "seksual tərbiyə və tədris"i nəzərdə tutan qanun layihəsini irəli sürdüyünə görə Avropanın özündə də böyük qınaqla qarşılaşmışdı. 

 

 


4 yaşlı uşaqlara “seksual tərbiyə və tədris”

 

 

U.Lunaçek eyni zamanda Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə nümayəndə heyətinin üzvüdür. Lakin onun fəaliyyəti dövründə daim Ermənistanın vəkili kimi çıxış etdiyi müşahidə olunur. Cinsi oriyentasiyasında olduğu kimi, siyasi oriyentasiyasında da problemlər olan,  separatizmə meylli U.Lunaçekin ermənilərə olan sevgisi və buradan qaynaqlanan Azərbaycan düşmənçiliyi təəccüblü deyil. Burada separatizm faktoru əsas paya sahibdir. Lakin kiçik bir detal da nəzərdən qaçmamalıdır: Lunaçek lezbiyan olaraq seksual azlıqların "xilaskarı" kimi çıxış edir. Ermənilərin bəzi “milli qəhrəmanları” isə məhz cinsi azlıqlarla assosiasiya olunub. Məsələn, Andranik, Qaregin Njde və digərləri haqda bu cür təsəvvür formalaşıb. Hətta erməni mənbələrində bu “qəhrəmanların”  seksual oriyentasiyası haqda yuxarı instansiyalara ötürülən arayışların surətlərini də tapmaq olar. Odur ki, Azərbaycana qarşı qondarma ittihamlar irəli sürən Lunaçekin "erməni sevdası"nın mənbəyi aydın olur.

 

 

Lesbian vitse-prezident

 

 

Bir qədər əvvəl də qeyd edildiyi kimi, U.Lunaçek hər zaman anti-Azərbaycan münasibəti ilə diqqət çəkib. O, Azərbaycanda guya, 100-dən artıq "siyasi məhbus"un olması, söz azadlığının pozulması, jurnalistlərin susdurulması və sair barədə bəyanat və çağırışların müəllifidir. U.Lunaçek bu barədə ən müxtəlif “iddialarla” çıxış edərək, daim avropalı siyasətçiləri Azərbaycana təzyiqi artırmağa, hətta mənsub olduğu ölkənin siyasətçilərinə, həmçinin Milli Olimpiya Komitəsinə də I Avropa Oyunlarının açılış mərasimini, idman yarışlarını izləmək üçün Bakıya getməməyi tövsiyə edib. Bütün bu cəhdlər bir nəticə verməyəndə isə o, iyunun ayının əvvəlində Azərbaycan əleyhinə daha bir addım atıb. “Yaşıllar qrupu”nun tələb və təklifi əsasında Avropa Parlamentində I Avropa Oyunları ərəfəsində “İdman, insan haqları və Bakı oyunları” mövzusunda dinləmələr keçirilməsinə nail olub.

 

 


“Yaşıllar qrupu”nun homoseksual başçısı

 

 

 

U.Lunaçek başda olmaqla, bir qrup deputat “siyasi məhbuslar problemi”ndən tutmuş, söz və mətbuat azadlığına, sərbəst toplaşmaq azadlığına və digər məsələləri gündəmə gətiriblər. Lakin Avropa Parlamentindəki anti-Azərbaycan qrupun bütün cəhdləri iflasa uğrayıb. U.Lunaçek və ətrafının dezinformasiya, şər-böhtan xarakterli çıxışına onun öz deputat həmkarları etiraz ediblər. Deputatlar Boonanno Cyanluka, Boris Zala, xanım Gomesh Anna və başqaları Avropanın öz içində çoxsaylı problemlərin, o cümlədən insan haqları ilə bağlı problemlərin olduğunu, insanların təqib edildiyini, qətlə yetirildiyini bildiriblər. Onlar Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını siyasiləşdirməməyə çağırışlar ediblər. Beləliklə də Azərbaycana qarşı daha bir qaralama kampaniyası uğursuz alınıb, Avropa Parlamentinin deputatları Azərbaycan əleyhinə qətnamənin qəbuluna qarşı çıxıblar. Ancaq əminliklə qeyd etmək olar ki, U.Lunaçekin bu uğursuzluğu heç bir halda onun anti-Azərbaycan fəaliyyətinə son qoymayacaq. Bu “xanım” ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək xislətindən çətin ki, geri çəkilə.

 

Lunaçek və ətrafının iflası

 

 

Bunun bir səbəbi U.Lunaçekin ermənipərəstliyi, separatçılığı ilə əlaqədardırsa, digər mühüm amil onu bu “fəaliyyətə” məcbur edən bəzi xarici dairələr, xüsusən də Almaniyadır. Xatırlayırsınızsa, 2012-ci ildə Bakıda “Avrovizion” beynəlxalq musiqi müsabiqəsi keçirilən zaman ölkəmizə qarşı məhz Almaniya mediası üzərindən geniş anti-təbliğat kampaniyası aparılırdı. O zaman Almaniyanın bəzi dairələri bu yolla sübut etməyə çalışırdılar ki, Azərbaycan dünya miqyaslı mühüm tədbirlərə ev sahibliyi etmək iqtidarında olmayan, geridə qalmış, inkişaf etməyən bir ölkədir. Lakin “Avrovizion-2012” musiqi yarışmasının Bakıda yüksək səviyyədə keçirilməsi Almaniyanın apardığı qarayaxma kampaniyasını iflasa uğratdı. Yaşanan hadisələrdə məğlub duruma düşən, Azərbaycana qarşı səsini qaldıra bilməyən Almaniya, indi də “Yaşıllar qrupu”ndan, əxlaqsız U.Lunaçekdən, həmçinin Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brok kimi qatı ermənipərəstlərdən istifadə edərək, Avropa İttifaqının mühüm qurumu səviyyəsində Azərbaycan əleyhinə qərarların qəbul olunmasına çalışır. Xatırlatmaq üçün qeyd edək ki, E.Brok cari il aprelin 15-də Avropa Parlamentində Türkiyə əleyhinə sənədin qəbul olunmasına nail olmuşdu. Özü çıxışında uydurma erməni “soyqırımını” tanıdığını bəyan edərək, rəsmi Ankaranı da bu “soyqırımı” tanımağa çağırmışdı. 

Sadalanan faktlar onu deməyə əsas verir ki, Almaniya bu gün də şəxsiyyəti deqradasiyaya uğramış U.Lunaçek və E.Brok kimiləri üzərindən Azərbaycan əleyhinə geniş qarayaxma kampaniyasını davam edir. Ancaq yaxın tarixdə baş verən proseslərə istinad edərək, bu kampaniyasının da iflasa uğrayacağını əminliklə söyləmək olar.  

 

AZADİNFORM Analitik Qrupu

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar