Koray Tarqay status dəyişikliyindən danışdı
29 iyul 2013 12:11 (UTC +04:00)

Koray Tarqay status dəyişikliyindən danışdı



ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay təmsil etdiyi qurumun statusunun dəyişdirilməsinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, K. Tarqay deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Daimi Şurasına təklif irəli sürüb və orada Azərbaycanın istəklərinə cavab verən qərar qəbul olunub: “Hazırda ad dəyişikliyindən başqa bir şey yoxdur. Hələlik fəaliyyətimiz əvvəlki qaydada davam edir”.


Koray Tarqay deyib ki, qəbul edilən qərar çərçivəsində Anlaşma Memorandumu təsbit ediləcək: “Ondan sonra artıq fəaliyyət istiqaməti müəyyənləşəcək”.

Koray Tarqay onu da bildirib ki, Azərbaycanda sabitlik və sülh, Azərbaycan xalqının xoşbəxtliyi hər şey önəmlidir: “Qanunlara uyğun addımların atılması və Azərbaycanda keçiriləcək seçkilərə kölgə düşməməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar