Kəmaləddin Heydərov Əfqanıstanın mədən və neft nazirini qəbul edib
09 aprel 2015 17:17 (UTC +04:00)

Kəmaləddin Heydərov Əfqanıstanın mədən və neft nazirini qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 9-da ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Daud Şah Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, qonaqları salamlayan nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb. Nazir bildirib ki, iki dost ölkənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına stimul verir.

 

Səmimi qəbula görə təşəkkür edən Daud Şah Saba bildirib ki, onun rəhbərlik etdiyi nazirlik Fövqəladə Hallar Nazirliyi ilə müvafiq sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Oxşar yazılar