Kamil Xəlilbəyli Müsavatdan çıxarıldı
13 noyabr 2014 10:45 (UTC +04:00)

Kamil Xəlilbəyli Müsavatdan çıxarıldı

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti toplantısı keçirilib.

 

Partiyadan APA-ya verilən məlumata görə, Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası iclasında daxil olan şikayət ərizələrini müzakirə edərək, Kamil Xəlilbəylinin partiya sıralarından xaric edilməsi haqqında qərar qəbul edib.

 

MNTK partiyanın nüfuzuna xələl gətirən, partiyanın ideoloji-siyasi xəttinə zidd olan fəaliyyətlə bağlı partiya üzvlərinə isə aşağıdakı məzmunda xəbərdarlıq edib: “Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası partiyanın VIII Qurultayının qərarlarını tanımamaq, Müsavat Partiyasının müvafiq strukturlarının qərarlarına tabe olmamaq, partiya Nizamnaməsində nəzərdə tutulmayan fraksiya və başqa adda paralel strukturlar yaratmaq cəhdlərinin təşkilatçılarını bu addımlardan çəkinməyə çağırır. MNTK bu fəaliyyəti davam etdirən partiya üzvləri haqqında Nizamnamə çərçivəsində müvafiq qərarların qəbul edilə biləcəyi barədə xəbərdarlıq edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497
avatar

Oxşar yazılar