Bu gün Müsavat Partiyasının Məclisi keçirilir.
Lent.az-ın verdiyi məlumata görə, Məclisin iclasında Müsavat Partiyasının başqanı İsa Qəmbərin bu il keçiriləcək prezident seçkilərində partiyanın namizədi olması məsələsi müzakirə olunub.
Məclis üzvü Sevinc Hüseynova Lent.az-a açıqlamasında deyib ki, İsa Qəmbərin prezidentliyə namizədliyi Məclisdə səsverməyə çıxarılaraq təsdiqlənib.
*****
12.59
Lent.az-ın verdiyi məlumata görə, bu dəqiqələrdə Müsavat partiyasının Məclisinin iclasında Müsavat Partiyasının başqanı İsa Qəmbərin bu il keçiriləcək prezident seçkilərində partiyanın namizədi olması məsələsi müzakirə olunur.
Partiyanın mətbuat xidmətinin rəhbəri Leyla İlqar Lent.az-a açıqlamasında bunu təsdiqləyib. O bildirib ki, Divanın son iclasında bu məsələ Məclisə tövsiyə edilib.