Ermənistanla əlaqələrimiz Azərbaycana qarşı yönəlməyib”
“Bizim Ermənistanla əlaqələrimiz heç bir vəchlə üçüncü ölkəyə, xüsusilə də Azərbaycana qarşı yönəlməyib”.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu açıqlamanı jurnalistlərə Gəncədə səfərdə olan İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin verib. O qeyd edib ki, İran Azərbaycan və Ermənistan arasında olan münaqişə ilə bağlı bütün beynəlxalq təşkilatlarda həmişə ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib: “Bizim Azərbaycanla münasibətlərimiz digər qonşu ölkələrlə müqayisədə daha yüksək səviyyədədir. Ermənistan bizim qonşumuzdur. Bizim Ermənistan arasında olan əlaqələrimiz regionda təhlükəsizlik üçün istifadə olunur”.
Səfir qeyd edib ki, İran Qoşulmayanlar Hərəkatının sədri olaraq Azərbaycanla Ermənistan arasında olan münaqişənin ən qısa vaxt ərzində və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına yardım edəcək: “Hər iki ölkə ilə münasibətlər bu sahədə işləmək üçün bizə imkan verir”.