Prezident Silahlı Qüvvələrin Hərbi Akademiyasının nizamnaməsini təsdiqlədi
17 aprel 2015 19:38 (UTC +04:00)

Prezident Silahlı Qüvvələrin Hərbi Akademiyasının nizamnaməsini təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək, habelə fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edərək Nazirlər Kabinetinə məlumat verməlidir. 



 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 105
avatar

Oxşar yazılar