Prezident İlham Əliyev Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçin etimadnaməsini qəbul edib.
Lent.az-ın məlumatına görə, səfir Neboyşa Rodiç fəxri qarovul dəstəsinin qarşısından keçib. Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib və əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Səfir Neboyşa Rodiç ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.