Prezident İlham Əliyev aprelin 6-da Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşüb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, İyad bin Amin Mədəni prezident İlham Əliyevi salamladıqdan sonra onlar birgə nahar ediblər.
Naharda İƏT-in baş katibi İyad bin Amin Mədəni və prezident İlham Əliyev çıxış ediblər.
Daha sonra İlham Əliyevlə İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin görüşü olub. Görüşdə Azərbaycan ilə İƏT arasında yüksək səviyyəli əməkdaşlığın həyata keçirildiyi bildirilib. Bu görüşün əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib. İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində tutduğu ədalətli mövqe yüksək qiymətləndirilib.
Söhbət zamanı ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
195