İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib - YENİLƏNİB
04 may 2017 15:47 (UTC +04:00)

İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib - YENİLƏNİB

Prezidenti İlham Əliyev mayın 4-də ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib.

 

 

Lent.az-ın Azərtac-a istinadən məlumatına görə,  görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd edildi, ISESCO-nun ilk gündən Forumun təsisçisi və fəal iştirakçısı olduğu, Forumun keçirilməsinə böyük dəstək verdiyi bildirilib.

 

Söhbət zamanı Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi töhfənin önəmi vurğulanıb, ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin müsəlman ölkələrinin bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyi qeyd olunub.

 

Görüşdə, həmçinin Azərbaycan ilə ISESCO arasında uzun illər səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, ISESCO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi yüksək qiymətləndirilib, əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.

 

Baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri ISESCO tərəfindən həyata keçirilən işlər və nəzərdə tutulan planlar barədə Prezident İlham Əliyevə məlumat verib.

***

15:02

Prezident İlham Əliyev mayın 4-də ISESCO-nun baş direktorunu qəbul edib.

Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri dövlət başçısının qəbulunda olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270

Oxşar yazılar