II Ümumdünya Forumunun proqramı açıqlandı
08 may 2013 15:21 (UTC +04:00)

II Ümumdünya Forumunun proqramı açıqlandı

Bakıda keçiriləcək Mədəniyyətlərarası dialoq üzrə II Ümumdünya Forumunun proqramı məlum olub.


 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında keçiriləcək forumun əsas tərəfdaşları YUNESKO, BMT-nin Sivilizasiyalararası Alyansı, Avropa Şurası, İSESCO və Ümumdünya Turizm Təşkilatıdır.

 

Tədbirin təntənəli açılış mərasimi mayın 30-da keçiriləcək. Mərasimdə “Gələcəyi birlikdə necə quraq?”, “Mədəni müxtəlifliliyə necə dəstək verməli”, “Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətlərin hibridliliyi”, “Turizm – mədəniyyətlər arasında qarşılıqlı anlaşma və dözümlülüyün əsas faktoru kimi” və “İnanc və elm vasitəsilə mədəniyyətlərarası dialoq” mövzusunda panellər keçiriləcək.

 

İyunun 1-dək davam edəcək Forumda beynəlxalq strukturların rəhbərləri, yüzdən artıq nazir, alim, ekspert, mədəniyyətlərarası dialoq məsələlərini araşdıran mərkəz rəhbərləri iştirak edəcəklər.

 

Xatırladaq ki, Azərbaycan prezidentinin himayəsi altında keçirilən bu forum iki ildə bir dəfə baş tutur. İlk belə forum 2011-ci il mayın 27-də keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475
avatar

Oxşar yazılar