<span style="color:red;">“Wall Street Journal”:  ABŞ Güləni Türkiyəyə qaytarmayacaq
05 avqust 2016 10:03 (UTC +04:00)

“Wall Street Journal”: ABŞ Güləni Türkiyəyə qaytarmayacaq

 

ABŞ-ın nüfuzlu “Wall Street Journal” jurnalı ABŞ rəsmilərinin Fəthullah Gülənin ekstradisiyası üçün Türkiyədən göndərilən sənədlərə qane olmadıqlarını yazıb.

 

Lent.az-ın jurnala istinadən xəbərinə görə, yazıda bildirilib ki, ABŞ hakimiyyəti göndərilən sənədlərin əsasında Güləni Türkiyədə ekstradisiya etməyəcək.

 

Xəbərdə o da bildirilir ki, ABŞ rəsmiləri türkiyəli siyasətçilərin “təhdidvari açıqlamalarından narahatlıq keçirir”.

 

Jurnalın yayımladığı materiala görə, Gülənin ekstradisiyası ilə bağlı müzakirələr hələ bir neçə ay davam edəcək və heç bir ssenaridə onun Türkiyəyə qaytarılması ehtimalı yoxdur. WSJ onu da yazır ki, Türkiyə prezidenti Ərdoğan və baş nazir Binali Yıldırım ictimaiyyət qarşısında Gülənin ekstradisiyasını nə qədər çox tələb etsə, bu məsələ o qədər çətinə düşür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 100
avatar

Oxşar yazılar