Bu gün Bakıda Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin müstəqilliyinin 65 – ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
APA – nın məlumatına görə, tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar bildirib ki, Hindistanla Azərbaycan arasında tarixən mövcud olan əlaqələr son illər daha da genişlənib.
Tədbirdə Azərbaycan dövləti adından isə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış edib. O, Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.
Tədbir hind musiqilərindən ibarət bədii hissə ilə davam edib.