Temperatur yüksələcək
21 noyabr 2008 10:50 (UTC +04:00)

Temperatur yüksələcək

Oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir.


 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq, arabir yağış yağacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında oktyabrın 17-də yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 22-27 dərəcə, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

# 1558
avatar

Oxşar yazılar