Hərbiçilərimiz çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları ilə bağlı kursda
29 dekabr 2012 10:23 (UTC +04:00)

Hərbiçilərimiz çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları ilə bağlı kursda

0

“Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramı əsasında bir sıra tədbirlə keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,

Azərbaycan hərbiçiləri Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı hazırlığı kursu keçəcəklər. Kurs 2013-cü ilin 14-22 yanvarda Çex Respublikasının Vişkov şəhərində keçiriləcək.

 

Bundan başqa hərbiçilərimiz 15-19 yanvarda Belçikanın paytaxtı Brüssel şəhərində

Hərbi məlumatların hazırlanması və mübadiləsi (VERITY) üzrə işçi görüşündə iştirak edəcəklər.

 

15-23 yanvarda isə Almaniyanın Qarmiş şəhərində 2014-cü il Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) keçid dövründən sonra Mərkəzi Asiyada vəziyyət müzakirə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 574

Oxşar yazılar