ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 17-də Ermənistana səfər edəcəklər.
APA-nın “armtoday.info” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan özünün “Twitter” səhifəsində yazıb.
Həmsədrlər səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.