ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik yenidən Dağlıq Qarabağ münaqişəsinin tərəflərini problemin həlli yollarını axtarmağa çağırıb.
APA – nın məlumatına görə, bu barədə amerikalı diplomat özünün “Twitter” səhifəsində yazıb.
“Təmas xəttində daha bir ölüm faktına görə təəssüflənirəm. Tərəflər diqqəti münaqişənin həll yollarının axtarılmasına yönəltməlidir”, - deyə o vurğulayıb.