Gürcüstan Prezidenti Georgi Marqvelaşvili gələn həftə Azərbaycana rəsmi səfərə gələcək. Lent.az-ın xəbərinə görə, bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.
G.Marqvelaşvilinin Azərbaycana səfəri çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq, regiondakı vəziyyət qiymətləndiriləcək.
Qeyd edək ki, bu, Georgi Marqvelaşvilinin Prezident seçiləndən sonra Azərbaycana ilk səfəridir.