Elmar Məmmədyarov Kiyevə gedib
04 dekabr 2013 19:12 (UTC +04:00)

Elmar Məmmədyarov Kiyevə gedib

0

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Ukraynanın Kiyev şəhərinə yola düşüb.

 

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd sabah Kiyevdə keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etməkdir.

 

Sessiya çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri planlaşdırılır.

 

Qeyd edək ki, Azərbaycan XİN başçısının Kiyevdə erməni həmkarı Edvard Nalbandyanla da görüşü nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 665

Oxşar yazılar