Cırılmış “humanizm” pərdəsi
11 iyul 2013 10:05 (UTC +04:00)

Cırılmış “humanizm” pərdəsi

Son dövrlərdə Erməni hakimiyyəti özünü humanist bir hakimiyyət kimi göstərməyə cəhd edərək. Qarabağda qətlə yetirilmiş insanların qanlarını əllərindən yumağa çalışırdı. Humanist populistik çıxışlar edərək Ermənistan dövlətinin iki türk dövlət tərəfindən sıxışdırıldığı, blokadada öz vətəndaşlarının ağır vəziyyətindən danışaraq sanki dünya ictimaiyyəti qarşısında kənar qüvvələrin təsiri nəticəsində əzilmiş insanlarının haqqlarını müdafiə edən bir dövlət imici yaratmaq istəyirdi.

Lakin hər zaman olduğu kimi, bu dəfə də deyilənlər əməllərdə öz əksini tapmırdı. Bu nəinki işğal olunmuş torpaqlarda o cümlədən məhz Ermənistan ərazisində öz vətəndaşlarına qarşı sərgilədiyi münasibətdə əksini tapmış oldu. Əhalinin tamamilə ağır güzərana düşməsində və olanlarının əllərindən alınmasında başlıca rolu məs “humanist” erməni hakimiyyəti oynamış oldu. İstər xalqa qarşı soyğunçu münasibətdə istərsə də işğal olunmuş Azərbaycan ərazilərində maddi tarixi irs nümunələrinə  göstərilən münasibət bu hakimiyyətin iç üzünü açmış oldu.

İşğal olunmuş tarixi abidələrin məhv olunması bir yana, son dövrlərdə ermənilərin “Böyük Ermənistanın” paytaxtı Tiqranakertin Qarabağda axtrılması erməni hakimiyyətin nə dərəcə də öz tarixlərinə obyektiv yanaşmasının göstəricisidir. Sözsüz ki, Qarabağ ərazisində qədim Azərbaycan şəhərlərinin olması onlara bəllidir və bunu “itmiş Tiqranakertin” tapılması kimi dünya ictimaiyyətinə çatdıraraq hər zamanki taktikalarından istifadə etmək istəkləri Erməni hakimiyyətinin digər milətlərin tarixinə və mədəniyyətinə nə dərəcədə hörmətlə yanaşdıqlarının bariz göstəricisidir. Şübhəsiz ki, öz mədəniyyəti və tarixində hər zaman kiminsə buyruqçusu olmuş bir dövlətin digər ölkələrin zəngin mədəniyyət nümunələrinin oğurlayaraq özününküləşdirməyə çalışması onların iç üzlərini açmış olur.

Son günlərdə Ermənistan Konstitusiya məhkəməsinin təşkil etdiyi beynəlxalq konfransda Erməni hakimiyyətinin Moldovalı ombudsmana qarşı münasibətləri  onların nə dərəcədə hümanist olduqlarını göstərdi. Moldovalı ombudsmanın sadəcə Qarabağ müharibəsində olan real faktlara istinad edərək ermənilərin törətdikləri vəhşiliklər haqqında fikirləri Ermənistan hakimiyyətinin ona qarşı qərəzli mövqeyini ortaya qoymuş oldu. Söz süz ki, ermənilərin məs İrəvanda ifşa olunması tarixi bir hadisədir, lakin digər bir məsələ onların artıq ikinci dəfə özlərini ifşa edənlərə qarşı belə münasibət göstərməsi Ermənistanın nə dərəcədə hümanist rejim tərəfindən idarə olunduğunu göstərmiş oldu. Nəzərə alsaq ki, Moldovalı ombudsman Aurelia Qriqoriu qadındır və Ermənistansa Qafqazda yerləşir. O zaman qadına qarşı Qafqazlıların belə münasibətini “qafqazlılara yaraşmayan bir alçaqlıq” kimi də xarakterizə etmək olar. Digər tərəfdən konfrans Ermənistanda təşkil olunduğundan və qonaqların onlar tərəfindən dəvət olunması Ermənistanın bu qonaqların təhlükəsizliyinə təminat verməsi demək idi. Lakin məs Erməni hakimiyyətinin insan haqqlarını qoruyan birisinə qarşı onun fikirlərinə görə təhdidləri və ölkədən buraxmaması hakimiyyətin “humanist” donunun cırılmasına səbəb oldu.

Əslində onların dediklərinin və istər qonşu dövlətlərə istərsə də öz vətəndaşlarına münasibətlərində öz maraqlarının güdülməsi və milliyətindən asılı olmayaraq “bizimlə olmayanlar bizim düşmənimizdir” prinsipindən yanaşma Ermənistan hakimiyyətinin böyük “humanistliyinin” göstəricisidir. Son hadisələrdə dünya ictimaiyyəti bir daha Ermənilərin aqressiv siysətini və onların insan hüqüqlarının “müdafiəçiləri” kimi nəyə qadir olduqlarını əyani sürətdə görmüş oldu.

Hümbətov Tural

Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İ.B. Baş katib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452
avatar

Oxşar yazılar