Bu gün Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) əlavə vahid namizədi Cəmil Həsənlinin sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.
APA-nın məlumatına görə, sənədləri MSK-ya DQMŞ-nın Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı təqdim edib.
G. Aslanlı deyib ki, C. Həsənlinin namizədliyinin təsdiqlənməsi üçün MSK-ya Təşəbbüs Qrupu üzvlərinin 150-yə yaxın imza nümunəsi və müvafiq sənədlər təqdim edilib.