Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu qızının ölümü ilə bağlı 7 günlük məzuniyyəti bitdiyi üçün həbsxanaya qayıdıb. Lent.az-ın məlumatına görə, T.Yaqublu artıq 13 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb.
**
11:07
Qızı Nərgiz Yaqublunun ölümü ilə əlaqədar müvəqqəti 7 günlük azadlığa buraxılan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu bu gün həbsxanaya qayıdacaq. Bu barədə Lent.az-a T. Yaqublunun vəkili Nemət Kərimli məlumat verib. Onun sözlərinə görə, T. Yaqublu günorta saat 1-2 radələrində həbsxanaya geri dönəcək.
Bu ay imzalanacağı gözlənilən əfv sərəncamının T. Yaqubluya şamil olunub-olunmayacağı haqqında vəkil məlumatlı olmadığını deyib: "Amma qızı Nərgiz Yaqublunun gənc yaşda vəfatından sonra İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun və digər təşkilatların prezidentə müraciətlərini nəzərə alsaq, T. Yaqublunun tezliklə əfv olunacağına ümid edirəm".