Britaniya hökuməti vətəndaşlarını Qarabağa getməməyə çağırdı - YENİLƏNİB
07 avqust 2014 11:26 (UTC +04:00)

Britaniya hökuməti vətəndaşlarını Qarabağa getməməyə çağırdı - YENİLƏNİB

Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Dağlıq Qarabağa və ətraf ərazilərə səfər etməkdən çəkinməyə çağırıb.

 

APA-nın xəbərinə görə, Britaniya XİN təmas xətti və Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin pozulduğunu və bunun çoxsaylı insan tələfatı ilə nəticələndiyini xatırladıb: “Dağlıq Qarabağa Azərbaycan hakimiyyətinin icazəsi olmadan səfər edənlərin Azərbaycana girişinə qadağa qoyulacaq”.

 

Açıqlamada bildirilir ki, il ərzində 7 minə yaxın britaniyalı bizneslə əlaqədar Azərbaycana səfər edir və heç bir problemlə qarşılaşmır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1540
avatar

Oxşar yazılar